“Hər kəsin əlləri müharibə ilə bağlanacaq!” – Politoloqdan ekstrasenssayağı proqnoz!

“Hər kəsin əlləri müharibə ilə bağlanacaq!” – Politoloqdan ekstrasenssayağı proqnoz! backend

Koronavirus III Dünya Müharibəsinin carçısıdır.

Moderator.az Rusiya mediasına istinadən xəbər verir ki, bu bəyanatla rus politoloq Aleksandr Sobyanin çıxış edib. Ekspertin sözlərinə görə, ABŞ bu virus hesabına ənənəvi rəqiblərini, xüsusilə də Çini, Rusiyanı, İranı və s. zəiflətməyə çalışır.

Politoloqun sözlərinə görə, ABŞ planetdə liderliyi qorumaq üçün rəqiblərini müstəqil siyasət aparmaq imkanından məhrum etməyə cəhd edir.

A.Sobyanin proseslərin bundan sonrakı gedişatı ilə bağlı daha qorxunc proqnozla çıxış edib. O, bildirib ki, yaxın gələcəkdə “hər kəsin əlləri müharibə ilə bağlanacaq, heç bir müqaviləyə hörmət edilməyəcək .

Rusiyanın müharibəyə hazırlaşmasının vacib olduğunu bildirən ekspert, bu savaşa yaxşı hazırlaşmayan dövlətlərin məhv olacağını, ciddi itkilərlə qarşılaşacağını bildirib.

Məlumat üçünq eyd edək ki, koronavirusun ABŞ tərəfindən ortaya atılan bioloji bir silah olması ilə bağlı iddialar bundan öncə də Rusiya mətbuatında gündəmə gəlsə də, rəsmi Vaşinqton bu iddiaları qətiyyətlə rədd edib və bunu cəfəngiyyat adlandırıb.