Türk Ordusunun 2 əsgəri şəhid olub - yaralılar da var

Türk Ordusunun 2 əsgəri şəhid olub - yaralılar da var backend

Suriyanın İdlib əyalətində Bəşşar Əsədə məxsus hərbi qüvvələr tərəfindən açılan atəş nəticəsində 2 türk əsgəri həlak olub.

“Report” xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, atəş nəticəsində həmçinin daha 3 türk əsgəri yaralanıb.

Öz növbəsində Türkiyə hərbçiləri də qarşı tərəfə cavab atəşi açıb.