Səudiyyə Ərəbistanının koronavirus səbəbi ilə ümrə ziyarətlərini qadağan etmə qərarından sonra Kəbənin yerləşdiyi Məscidul-Haram boş qalıb.
Moderator.az xəbər verir ki, qadağa qərarından sonra Müsəlmanların qibləsi olan Kəbə və ətrafdakında vəzifəlilərdən başqa heç kim qalmayıb.Səudiyyə Ərəbistanının rəsmi agentliyi SPA-nın xəbərinə görə, epidemiyanın yayılmasının qarşısını almaq məqsədi ilə ümrə ziyarətlərini müvəqqəti dayandırmağa qərar verilib.
Qərarın daima nəzərdən keçiriləcəyi və təhlükə vəziyyətinin ortadan qalxması ilə ziyarətlərin yenidən başlayacağı bildirilib.