İŞİD terrorçu qruplaşması ötən ay Suriyada tarixi Palmira şəhərini ələ keçirərkən ABŞ istehsalı olan TOW tank əleyhinə raketlərdən istifadə edib. APA TV-nin məlumatına görə, sosial şəbəkələrdə yayılan videolarda görünür ki, terrorçular qarşı tərəfə hücum edərkən bu raketlərdən istifadə edirlər.
İddia edilir ki, İŞİD videoda göstərilən silahların böyük hissəsini Suriya və İraq ordularını məğlub etdiyi bölgələrdən və ABŞ-ın dəstəklədiyi Suriya müxaliflərindən ələ keçirib.Bəzi iddialara görə isə TOW tank əleyhinə raketləri "al-Qaida" və İŞİD terrorçu qruplaşmalarına ABŞ verib.
Qeyd edək ki, TOW tank əleyhinə raketləri Amerikanın ən müasir silahlarından hesab edilir.
Bu arada ABŞ İŞİD üzərində qələbənin müddətini açıqlayıb. ABŞ Dövlət Departamentində hesab edirlər ki, İŞİD silahlıları üzərində qələbəyə nail olmaq üçün azı 3-5 il vaxt lazımdır.