Britaniya Avropa İttifaqını tərk etmək ərəfəsindədir

Britaniya Avropa İttifaqını tərk etmək ərəfəsindədir backend

Britaniya parlamentinin İcmalar Palatası ikinci oxunuşda Böyük Britaniyanın Aİ-dən çıxması haqqında referendum layihəsini dəstəkləyib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, qanun layihəsini 544 deputat dəstəkləyib, 53 nəfər isə əleyhinə səs verib.

Qanun layihəsi mühafizəkarlar və leyboristlər tərəfindən dəstəklənib, Şotland Milli Partiyası Birləşmiş Krallığın Aİ-dən çıxmasının fəlakətlə yekunlaşacağını əsas gətirərək qanunun əleyhinə çıxış edib.

Qanunun qəbul olunması üçün layihə Komitələr səviyyəsində müzakirələr də daxil olmaqla hələ bir neçə mərhələdən keçməlidir.
Diaspora