ABŞ və onun “böyük yeddilik” üzrə müttəfiqləri zərurət yarandıqda Rusiyaya qarşı əlavə sanksiyalar tətbiq edə bilər. APA-nın “Röyters”ə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ maliyyə naziri Ceyk Lyu bildirib.
“ABŞ və onun “G7”-dəki müttəfiqləri lazım gəldikdə Rusiyanın Ukraynanın şərqində aqressiv addımlarına cavab olaraq Moskvaya qarşı əlavə sanksiyalar tətbiq etməyə hazırdır”, deyə nazir Ukraynanın baş naziri Arseniy Yatsenyuk ilə görüşü zamanı bildirib.Amerikalı məmur Ukrayna borcunun restrukturizasiyasına (borcun qaytarılması şərtlərinə yenidən baxılması) dair sazişin əldə olunması üçün Kiyevin səylərini dəstəkləyib.