Türkiyə Böyük Millət Məclisinin (TBMM) iclasında deputatlar əlbəyaxa olublar.
Qazilər.az xəbər verir ki, Cümhuriyyət Xalq Partiyasından (CHP) olan deputat Engin Özkoçun çıxışı zamanı gərginlik yaşanıb.Ədalət və İnkişaf Partiyasından (AKP) olan deputatların etirazından sonra iclasa fasilə verilib.
Fasilə zamanı AKP və CHP-dən olan deputatlar əlbəyaxa olublar.
Davaya səbəb deputat Engin Özkoçun Türkiyə prezidenti Ərdoğan barəsində “ləyaqətsiz, şərəfsiz, qürursuz” kimi təhqiredici ifadələr işlətməsi olub. AK partiyasından olan millət vəkilləri deyilən sözlərə sərt reaksiya verib, baş qaldıran etiraz daha sonra təpik-yumruq davasına çevrilib.
Ankara Prokurorluğu Türkiyə Prezidentini təhqir etdiyi üçün E. Özkoçun barəsində araşdırmaya başlayıb.
Qazilər.az sözügedən görüntüləri təqdim edir:
Engin Özkoçun davaya səbəb olan ÇIXIŞI:
Türkiyə Böyük Millət Məclisində davanın başlanma anı:
Firuzə Alimova