Ermənistanın Baş naziri Nikol Paşinyanın şəxsi mühafizəçisi yüksək temperatur və koronavirusa xas olan simptomlarla İrəvandakı yoluxucu xəstəliklər xəstəxanasına yerləşdirilib.
Azvision.az xəbər verir ki, bu barədə Gürcüstan mətbuatı məlumat yayb.Xatırladaq ki, Paşinyan Gürcüstanda iki günlük rəsmi səfərdə olub. Onun səfəri bu gün başa çatıb. Koronavirusla əlaqədar Gürcüstanın Baş naziri, onun yanında olan insanlar və təhlükəsizlik işçiləri analiz verməli olacaqlar.