ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik İrəvana səfəri barədə açıqlama verib. ANS PRESS-in məlumatına görə, Uorlik bu barədə Twitter səhifəsində yazıb.
O bildirib ki, İrəvana səfərinin məqsədi Dağlıq Qarabağ münaqişəsini müzakirə etməkdir.“İrəvandayam və səbirsizliklə bu gün və sabah baş tutacaq görüşləri, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müzakirələri gözləyirəm”, - deyə amerikalı həmsədr bildirib.