Türkiyə parlamentində 6 saat qapalı iclas keçirildi

Türkiyə parlamentində 6 saat qapalı iclas keçirildi backend

Türkiyə Böyük Millət Məclisində Türkiyə Xarici İşlər və Müdafiə nazirlərinin iştirakı ilə keçirilən qapalı iclas sona çatıb.

APA-nın yerli bürosunun xəbərinə görə, yerli vaxtla saat 15:00-da başlayan iclas 6 saat çəkib.

Nazirlər iclasda Türkiyə Silahlı Qüvvələrinin “Bahar qalxanı” əməliyyatı və İdlibdə baş verən son hadisələr haqqında parlamenti məlumatlandırıblar.

Qeyd edək ki, iclasın protokolları 10 il müddətinə qapalı qalacaq.