Türkiyə Silahlı Qüvvələrinin daha bir hərbi qulluqçusu şəhid olub.
APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyənin Müdafiə naziri Hulusi Akar açıqlama yayıb.Nazir deyib ki, Türkiyə Böyük Millət Məclisində keçirilən qapalı iclas bitdikdən sonra belə bir məlumat alıb və əlavə açıqlama veriləcək.