LDPR lideri Vladimir Jirinovski növvəti sərsəm bəyanat yayıb. O, koronavirus epidemiyası haqqında yalan məlumat yayan şəxslərə qarşı edam cəzasının tətbiq olunmasını təklif edib.
Moderator.az Rusiya mediasına istinadla xəbər verir ki, radikal siyasətçinin fikrincə, rusların sakitliyini qorumaq üçün belə sərt tədbir görülməlidir."Ölkədə çaxnaşma yaradan şayiələrin qarşısını almaq üçün koronavirusla bağlı yalan məlumat yayanlara qarşı müvəqqəti olaraq ölüm cəzası tətbiq etmək lazımdır" -deyib Jirinovski.
"1941-ci ildə Moskvanın ələ keçirilməsi təhlükəsi yarandıqda Moskva milisinə panika yayanları vurmağa icazə verdilər və panika dayandırıldı. Yüz nəfər güllələndi və sakitlik yarandı. Bunsuz çaxnaşma əhval-ruhiyyəsi dayandırıla bilməzdi və indi də koronavirusla bağlı belə davranmaq gərəkdir"- LDPR sədri belə söyləyib.