"Hədəfi yüzdə yüz məhv etmək baxımından İsrail PUA-ları daha mükəmməl və rahatdır..."

"Hədəfi yüzdə yüz məhv etmək baxımından İsrail PUA-ları daha mükəmməl və rahatdır..." backend

Əsədin ordularına qənim kəsilən Türk PUA ları ilə 2016-cı ildə bizim İsraildən aldığımız PUA-lardan fərqi nədir?

Tanınmış hərbi ekspert Üzeyir Cəfərov Moderator.az əməkdaşının bu sualına aşağıdakı cavabı verib:

"Son günlər qardaş Türkiyə ordusunun Əsəd rejiminə və ona dəstək olan rus və digər silahlı birləşmələrinə qarşı daha çox təmasda olmadan Pilotsuz Uçan Aparatlardan məharətlə istifadə etməsi xüsusi bir müzakirə mövzusuna çevrilib. Bu təbiidir. Çünki, Suriya kimi o qədər də tanış olmayan bəlli ərazilərdə türk əsgərinin Suriya ordusunun əsgərləri ilə birbaşa təması həm riskli. həm də çox təhlükəli olduğundan bu PUA metodundan geniş istifadə olunur və bu özünü doğruldur. Hesab edirəm ki, bu metod gələcəkdə daha geniş həm öyrəniləcək, həm də tətbiq olunacaq. İndi paralel aparan dostlar belə bir sualla müraciət edirlər bə müzakirə kimi 2016-cı ilin aprel hadisələri zamanı Azərbaycanın da bu metoddan istifadə etdiyini dilə gətirirlər. Söhbət bizim İsraildən aldığımız PUA-lardan gedir. Bəri başdan qeyd edim ki, istər Türkiyə istehsalı olan Bayraktar PUA-larla İsrail istehsalı olan PUA-lar arasında taktiki-texniki göstəricilərnə görə fərq mövcuddur. İşləmə metodu və döyüşdə istifadə üsulları oxşar olsa da, aralarında ciddi fərqli cəhətlər var. Döyüş tapşırığını yerinə yetirmək üçün havada qalmaqdan tutmuş, hədəfi aşkarlayandan sonra məhv edilməsinə qədər fərqli texniki göstəricilərə malikdirlər.



Türkiyə istehsalı olan PUA-ların öz üstünlükləri var, İsrail istehsalı olanların öz. Qardaş Türkiyə istehsalı olan "Bayraktar"lar son illər təkmilləşməyə məruz qalıblar və onlardan düşmən hədəflərini daha dəqiq və geniş istifadə etmək imkanları çoxalıb. Bizim 2016-ci ildə erməni işğalçılarına qarşı istifadə etdiyimiz və bu günə kimi təkcə səsi ilə düşmənə olmazın həyacan və təhlükə yaradan İsrail PUA-larının fərqi bir qədər başqadır. Yəni, Bayraktar daha yüksəklərdə daha sakit, daha güvənli işlədiyi halda, İsrail istehsalı olan PUA-lar havaya qaldırıldıqda, onları həm vizual, həm də səsləri vasitəsiylə duymaq və ondan hardasa gizlənmək mümkün olur. Yəqin ki, Ermənistan tərəfinin 2016-cı ilin aprelində çəkdiyi məlum videokadrları xatırlayırsınız.


İsrailin "Heron" Pilotsuz uçuş aparatı

Dəqiqlik baxımdan, hədəfi yüzdə yüz məhv etmək, sıradan çıxartmaq baxımından İsrail PUA-ları daha mükəmməl və daha rahatdır. "Bayraktar" PUA-larla bağlı bir misal gətirəcəyəm. STM şirkətinin istehsalı olan “Karğu” kamikadze dronlarının sürü halında tətbiqi nəticəsində Suriya ordusu çox sayda itki verib və verir. Gündüz və gecə kəşfiyyat və hücum əməliyyatları üçün nəzərdə tutulan “Karğu” multirotor dron bir əsgər tərəfindən daşına və idarə oluna bilir. Hədəfin təyini, hücumun edilməsi, tapşırığın icra prosesi zamanı hədəfin yenilənməsi, hücumdan imtina edilməsi kimi funksiyalara malik “Karğu” dronunun yenilənmiş versiyasında təyin edilmiş məsafədə partlatma, habelə sürü halında hücum, üz tanıma kimi müasir alqoritmlər tətbiq edilib. Kamikadze dron 300 qramdan 1 kiloqramadək ağırlıqda döyüş başlığı daşıya və hədəfə 45 dərəcə bucaq altında hücum edə bilir.


Suriya ordusuna cəhənnəm yaşadan "Bayraktar"

"Bayraktar PUA-ları isə daha qorxunc və güclüdür, yoxsa İsrail və ya Rusiya istehsalı olanlar" sualı məncə real vəziyyəti doğru başa düşməyə mane olur. Hər ikisinin özünəməxsus göstəriciləri var. Onlardan birini bir qədər əvvəl yuxarıda qeyd etdim. 21-ci əsrdə müasir döyüş əməliyyatlarının aparılması üçün PUA-ların müxtəlif modifikasiyası və modelləri istifadə edilməyə başlanılıb və bu iş ilbəil daha da geniş həm öyrənilir, həm də tətbiq olunur".