Misirin cənubunda Asuan şəhəri ərazisində arxeoloqlar tərəfindən qədim Misirə aid altı sərdabə tapılıb. Lent.az-ın azərtac-a istinadən məlumatına görə, onların yaşı təxminən 2,5 min ildir. Bu barədə məlumatı Misirin qədim abidələr və mədəni irs naziri Mamdux əd-Damati verib.
Sərdabələrdə mumiyalar, habelə saxsı qablar və tanrıların taxta heykəlləri tapılıb. Hər sərdabə 3-4 otaqdan ibarətdir. Onlara pilləkənlə enmək mümkündür. Eksponatlar Misir fironlarının 26-cı sülaləsinə aiddir.