Türkiyə Əsədin daha bir döyüş təyyarəsini vurdu

Türkiyə Əsədin daha bir döyüş təyyarəsini vurdu backend

Türkiyənin İdlibdə həyata keçirdiyi "Bahar qalxanı" hərəkatı uğurla davam edir.

Qaziler.az xəbər verir ki, bu gün Türkiyə ordusu tərəfindən Bəşər Əsəd rejiminə aid daha bir hərbi təyyarə - L39 tipli döyüş təyyarəsi vurulub. Bu barədə Türkiyə Müdafiə Nazirliyi açıqlama yayıb.

Qeyd edək ki, bir neçə gün əvvəl Türkiyə ordusu Əsəd rejiminə aid 2 SU-24 təyyarəsini vurmuşdu.

Son 24 saatda 327 rejim əsgəri öldürülüb

“Digər bir tərəfdən son 24 saatda 1 döyüş təyyarəsi, 1 PUA, 6 tank, 5 ÇNRA, 2 havadan müdafiə sistemi, 327 rejim əsgəri məhv edilib“. Türkiyə Müdafiə Nazirliyinin yaydığı açıqlamada bildirilib.