Türkiyənin MHP sədri Dövlət Baxçalı diplomatiyada nəticə əldə olunmadığı təqdirdə Şama girib Əsədin başına çuval keçirilməsinin lazım olduğunu söyləyib.
Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, MHP başqanı bu barədə partiyasının qrup toplantısında bildirib.Dövlət Baxçalı İdlibdə Əsəd rejiminə qarşı başladılan Bahar qalxanı hərəkatı üçün bunları deyib: “Siyasət və diplomatiya bacardı bacardı, əks halda türk ordusu nəfəsini Şamda dərməli, zalım və canavar Əsədin başına çuval keçirməlidir. Qanlı və kirli rejimə son zərbəni endirməlidir”.
TÜRKƏ KAFA TUTAN BOĞULMAĞA MƏHKUMDUR
“Xain hücum içində İran da, Suriya da vardır. Hamısı birlikdə cinayət dövriyyəsinə çıxmışdır. Zalımların qanı qurusun, türk millətinin ahı onları tutsun. Hər xain hücumu lənətləyirəm. Millətimizə başsağlığı verirəm. Bizə bomba atan devrilib gömülməyə məhkumdur. Türkiyəyə kafa tutan, igid övladlarımıza pusqu quran kim varsa tökülən qanda boğulmağa məhkumdur“ - deyə MHP sədri 36 türk əsgərinin şəhid olması ilə nəticələnən xain hücuma münasibət bildirdi .