Almaniyanın daxili işlər naziri Horst Seehofer koronavirusdan dolayı Angela Merkellə görüşməyib.
Qazilər.az Türkiyə mediasına istinadla xəbər verir ki, dünyada 3 mindən çox insanın ölümünə səbəb olan virus Almaniyada da təhlükəli vəziyyət yaradıb.Paytaxt Berlində ilk dəfə koronavirusa yoluxma müşahidə edilsə də, 16 əyalətdən 10-a yayıldığı məlum olub.
Hazırki məlumatlara görə artıq Almaniyada virusa yoluxanların sayı 130 nəfərə yüksəlib.
Hər ötən gün daha da yayılan koronavirus Almaniyadakı siyasətçiləri də narahat etməyə başlayıb. Belə ki, Almaniyanın daxili işlər naziri ölümcül virusdan dolayı onunla əl-ələ görüşmək istəyən Angela Merkelin əlini havada qoyub və görüşməkdən imtina edib. Konfransda olan hər kəs nazirin bu hərəkətini gülüşlə qarşılayıb.
Firuzə Alimova