Suriyalı qaçqından Türkiyəyə nankorluq: "8 ildir buradayıq, nə qazandıq ki?"

Suriyalı qaçqından Türkiyəyə nankorluq: "8 ildir buradayıq, nə qazandıq ki?" backend

Yunanıstana keçmək üçün sərhəddə gözləyən illərdir yaşadığı ölkə üçün həyasız ifadələr işlədən suriyalı qaçqın qınaq obyekti olub

Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, Türkiyə sərhəd qapılarını açdıqdan sonra qaçqınlar arxaya baxmadan Yunanıstana getməyə başlayıb. Uzun illərdir Türkiyənin çörəyini yeyən köçkünlərin çoxu minnətdar olsalar da bəziləri nankorluq edərək od püskürüblər.

"Bizim əsgərlər Suriyada siz burada nə edirsiniz deyirlər?"

Sərhəd qapısında ona uzadılan BBC-nin mikrofonuna danışan suriyalı: "Bizim əsgərlər, Suriyada, siz burada nə edirsiniz deyirlər? Ancaq belə deyirlər. Siz özünüzü düşündünüz, bizi yox. 8 ildir buradayıq, nə qazandıq ki?" - deyib.

Sonra başqa bir qaçqın araya girərək: Məgər sizə gəlin, bizi qurtarınmı dedik? - ifadəsini işlədib.