İdlibdə 34 türk əsgərinin şəhid edilməsindən sonra Türkiyənin Əsəd rejiminə qarşı “Bahar Qalxanı” əməliyyatı uğurla davam edir.
Moderator.az xəbər verir ki, istifadə edilən raketlərin üzərində Əsəd rejiminə dəstək verən Rusiya Prezidenti üçün “Putinə sevgilərlə” mesajı yer alıb. Bununla yanşı, müdafiə naziri Hulusi Akar əməliyyata şəxsən nəzarət edir.Türk əsgərləri “Sputnik”in Türkiyə bürosunun təxribat xarakterli yazısına cavab olaraq silahlar üzərində “Hatay oğurluq deyildir” mesajını yazıb.
Qeyd edək ki, 10 ildir Suriyada döyüşlər davam edir. Rusiya açıq-aşkar Əsəd rejiminə dəstək olur. 34 türk əsgərinin şəhid olmasından sonra Rusiya açıqlama verərək Türkiyənin əsgərlərinin yerini onlara bildirməməsini iddia etmişdi. Müdafiə naziri H.Akar isə bunların cəfəngiyyat olduğunu bildirmişdi. Rusiyaya məxsus xəbər agentliyi “Sputnik”in “Oğruluq əyalət: Hatay 80 il öncə niyə Fransa tərəfindən Türkiyəyə verildi” başlıqlı məqalə yayması Türkiyədə etirazla qarşılanıb.