Azərbaycanlı jurnalist yoxa çıxdı

Azərbaycanlı jurnalist yoxa çıxdı backend

Güney azərbaycanlı jurnalist və milli-mədəni fəal Məlihə Bərqi Sidqiani həbs edilib.

Axar.az xəbər verir ki, Urmu Yazarları Birliyinin üzvü olan xanım Sidqiani SEPAH-ın Kəşfiyyat İdarəsi tərəfindən tutulub.

Ona qarşı ictimai asayişi pozmaq ittihamı irəli sürülüb.

Fəalın harada və hansı şəraitdə saxlandığı, eləcə də səhhəti ilə bağlı məlumat verilmir.