100 mindən artıq suriyalı qaçqın Türkiyəni tərk edib

100 mindən artıq suriyalı qaçqın Türkiyəni tərk edib backend

100 mindən çox suriyalı qaçqın Türkiyənin Avropa İttifaqı ilə sərhədini keçib.

Trend-in məlumatına görə, bu barədə Türkiyənin daxili işlər naziri Süleyman Soylu öz "Twitter" səhifəsində yazıb.

Nazir bildirib: "Saat 19:40 üçün ölkəmizi Edirne vasitəsilə tərk edən qaçqınların sayı 100577 nəfər təşkil edir".

Xatırladaq ki, daha əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qaçqınlar üçün Avropa İttifaqı ilə sərhədin açıldığını bildirib.