Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov deyib ki, Türkiyə və Rusiya liderlərinin görüşü asan olmayacaq.
Lakin prezidentlər bildirir ki, görüşdə Suriyanın İdlib bölgəsində vəziyyətin nizamlanması məsələsi əsas hədəfdir.Qaziler.az Rusiya mətbuatına istinadən bildirir ki, mətbuat katibi bunu “Rossiya 1“ telekanalında yayımlanan “Moskva. Kreml. Putin“ proqramının efirində deyib.
Peskov hazırda bu görüşə hazırlığın getdiyini söyləyib. Prezidentlərin bu gərgin görüşünün martın 5-i və ya 6-da Moskvada baş tutacağı gözlənilir.