“Sputnik” İnformasiya Agentliyinin Türkiyə Bürosunun rəhbəri sərbəst buraxıldı

“Sputnik” İnformasiya Agentliyinin Türkiyə Bürosunun rəhbəri sərbəst buraxıldı backend

“Sputnik” İnformasiya Agentliyinin Türkiyə Bürosunun rəhbəri Mahir Boztepe sərbəst buraxılıb.

TASS xəbər verir ki, onun həbsinə səbəb bu agentliyin yayımladığı “Oğurlanmış əyalət: Hatay niyə 80 il əvvəl Fransa tərəfindən Türkiyəyə verildi?” başlıqlı məqalə olub.

Bu vilayətin Suriyaya qaytarılmalı olduğunun iddia edildiyi sözügedən yazı dövlətin mənafelərinə zidd gəldiyi üçün saxlanılan M.Boztəpə ifadə verdikdən sonra sərbəst buraxılıb.

Onunla birlikdə saxlanılan iki əməkdaşı da azadlığa çıxıb.

18:27

“Sputnik” İnformasiya Agentliyinin Türkiyə Bürosunun rəhbəri Mahir Boztepe İstanbulda saxlanılıb.

CNN-in məlumatına görə, M. Boztepe barəsində Türkiyə Cinayət Məcəlləsinin 301 və 302-ci maddələrinə əsasən istintaq başladıb.

Mahir Boztepe Baş Prokurorluğun təlimatı əsasında saxlanılaraq polis idarəsinə aparılıb.

“Sputnik” əməkdaşı barəsində istintaq davam edir. Onun ofisində axtarış aparılıb.