İdlibdə "Bahar qalxanı" əməliyyatı

İdlibdə "Bahar qalxanı" əməliyyatı backend

Türkiyənin müdafiə naziri Hulusi Akar İdlibdə türk ordusu tərəfindən aparılan əməliyyatın adının "Bahar qalxanı" əməliyyatı olduğunu bildirib

Türkiyənin müdafiə naziri Hulusi Akar İdlibdə əli qanlı Əsəd rejiminə qarşı başlanan əməliyyatın adı və oradakı son vəziyyət haqda məlumat verib.

Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, Akarın verdiyi məlumata görə, indiyə qədər "Bahar qalxanı" əməliyyatının gedişində 2212 Əsəd rejimiünsürü zərərsizləşdirilib.

"Rusiya ilə qarşı-qarşıya gəlmək kimi niyyətimiz və məqsədimiz yoxdur. Niyyətimiz rejimin qətliama son verməsi, radikallaşmanın və köçün qarşısını almaqdır. Rusiyadan istəyimiz rejimin hücumlarını durduraraq Soçi razılaşmasına uyğun olaraq sərhədlərinə çəkilməsidir. Hədəfimiz yalnız rejim əsgərləri və üzvlərimizə hücum edənlərdir''- deyə Akar bildirib.