Putin və Əsədə təzyiq edin – Nazir çağırış etdi

Putin və Əsədə təzyiq edin – Nazir çağırış etdi backend

Avropa Birliyi və ABŞ müharibəyə son qoymaq üçün Rusiya Prezidenti Vladimir Putin və Suriya lideri Bəşər Əsədə qarşı təzyiqləri gücləndirməlidir.

Axar.az xəbər verir ki, bunu Almaniya Müdafiə naziri Anneqret Kramp-Karrenbauer deyib.

Onun sözlərinə görə, AB və ABŞ birlikdə Əsəd və Putinə təzyiqləri artırmalıdırlar ki, Suriyadakı dəhşətli müharibəyə son qoymaq üçün siyasi dialoqa zəmin yaransın.

Nazir bildirib ki, Suriyada humanitar böhran dəhşətli vəziyyətdədir və bu hamıya təsir edir.