Türk ordusu dayanmır: Əsədin generalları SİHA ilə belə vuruldu - VİDEO

Türk ordusu dayanmır: Əsədin generalları SİHA ilə belə vuruldu - VİDEO backend

33 türk əsgərinin şəhid edildiyi hücumdan sonra Türk Silahlı Qüvvələrinin İdlibin cənubundakı Cəbəl əl Zaviyə bölgəsində bir binaya Silahlı Pilotsuz Uçuş Aparatları vasitəsilə başlatdığı hücum zamanı Əsəd rejiminin 3 generalının öldüyü bildirilir

Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, Türk Silahlı Qüvvələrinə aid SİHA-lar (Silahlı İnsansız Uçuş Aparatları) dünən İdlibin cənubundakı Cəbəl əl Zaviyə bölgəsində Suriya Ordusuna məxsus yüksək çinli hərbçilərin və əsgərlərin olduğu üçmərtəbəli binanı nöqtə atışıyla vuraraq məhv etdiyinə dair xəbərlər gəlib.

Hürriyyetin verdiyi xəbərə görə, dünən gecə yarısı Əsəd rejiminə aid bəzi internet saytları da türk SİHA-larının hücumu nəticəsində Əsəd ordusunun generalları Burhan Ramun və İsmayıl Ali ilə polkovnik Mazer Fervatinin öldürüldüyü haqda məlumatları təsdiqləyib.







Diaspora