Kim Çen İn koronavirusla bağlı XƏBƏRDARLIQ etdi: Ölkəyə yayılsa...

Kim Çen İn koronavirusla bağlı XƏBƏRDARLIQ etdi: Ölkəyə yayılsa... backend

Şimali Koreya lideri Kim Çen In koronavirusun ölkəyə yayılmasının qarşısı alınmadığı təqdirdə ciddi problemlərin yaşanacağını deyib.

Qazilər.az Türkiyə mediasına istinadla xəbər verir ki, Şimali Koreya lideri Çindən bütün dünyaya yayılan ölümcül virusla bağlı açıqlama verib.

Açıqlamasında Kim virusa qarşı mübarizənin xalqın müdafiəsi üçün çox vacib dövlət məsələsi olduğunu bildirib.

Ölkənin lideri “Nəzarətdən çıxmış bir şəkildə yayılan yoluxucu xəstəliyin ölkəmizə daxil olması, ciddi problemlər yaradacaq” deyərək xəbərdarlıq edib.

Qeyd edək ki, Cənubi Koreyada yüzlərlə insan koronavirusa yoluxsa da, Şimali Koreyada təkcə bir insan yoluxucu xəstəliyə yaxalanıb.

Firuzə Alimova