Türk əsgərlərinə qarşı həyata keçirilən xain hücumdan sonra Əsəd rejimlərinə böyük zərbələr vurulmaqda davam edir.
Qazilər.az Türkiyə mediasına istinadla xəbər verir ki, SİHA-larla (silahlı pilotsuz uçuş aparatı) həyata keçirilən əməliyyatın görüntüləri ortaya çıxıb.Belə ki, Suriyanın İdlib şəhərində 33 türk əsgərinin şəhid olmasından sonra Əsəd rejiminə qarşı bölgənin müxtəlif yerlərində dalbadal zərbələr vurulmağa başlanıb.
Rejimə aid hədəflər bir-bir təsbit edilərək SİHA-lar tərəfindən məhv edilib.
Paylaşılan görüntülərdə rejim əsgərlərinin SİHA-ları görüb bir-birinə xəbərdarlıq etdiyi, qaçmağa çalışarkən məhv edilərək havaya uçurulduqları görünür.
Qazilər.az sözügedən görüntüləri təqdim edir:
Firuzə Alimova