İranda koronavirusdan ölənlərin sayının hər ötən gün artması ölkədə böyük təşvişə səbəb olub.
Qazilər.az Türkiyə mediasına istinadla xəbər verir ki, koronanvirusun bioloji bir silah olması ilə bağlı yayılan xəbərlərdən sonra iranlılar karantində saxlanılanların yerləşdiyi xəstəxananı yandırıblar.Yandırılan xəstəxanaya dərhal müdaxilə edilib və karantin mərkəzində olan xəstələrin həyatı qurtarılıb.
Qeyd edək ki, Çindən sonra dünyaya yayılan ölümcül virus İranda da çoxlu sayda can almağa başlayıb. Virus ilk olaraq İranın səhiyyə nanzirinin köməkçisinə, sonra da Həsən Ruhaninin köməkçisinə yoluxub. Hətta parlamentdəki bəzi millət vəkilləri də koronavirusa yaxalanıb, ölənlər də var.
Firuzə Alimova