Bağdadda iki terror aktı nəticəsində 23 nəfər həlak olub.
Hadisə İraq paytaxtında çoxdandır ki, davam edən fövqəladə vəziyyətin ləğvindən az əvvəl baş verib.Bombalardan biri paytaxtın şərq hissəsində Yeni Bağdad ərazisində partladılıb. 13 nəfər ölüb, 30 nəfər yaralanıb.
Daha bir bomba Şarqa bazarı ərazisində partladılıb. İki partlayışda ölənlərin sayı azı 23 nəfər, yaralılar azı 50 nəfərdir.
Hücumlara görə məsuliyyəti üzərinə götürən olmayıb.