Türkiyə İdlibdə yenə ŞƏHİD VERDİ

Türkiyə İdlibdə yenə ŞƏHİD VERDİ backend

İdlibdə Suriya ordusu tərəfindən atəşə tutulması zamanı daha 1 Türkiyə hərbçisi ölüb və 2-si yaralanlb.

Trend-in məlumatına görə, bu barədə Türkiyə Müdafiə Nazirliyi bildirib.

Nazirlikdən bildirilib: "Barışıq təmin edən İdlibdə olan hərbçilərimizin rejim tərəfindən atəşə tutulması nəticəsində hərbi yoldaşlarımızdan biri öldü, daha iki nəfər yaralanıb".

Türkiyə Müdafiə Nazirliyi Suriya ordusunun 8 tankı, 4 zirehli maşın, 5 haubitsa, 2 çox lüləli raket qurğusu və 56 Suriya ordusunun hərbçinin cavab atəşi ilə zərərsizləşdirildiyini bildirib.