İrandan şok açıqlama: Növbəti həftə virusun yayılması yüksək həddə çatacaq

İrandan şok açıqlama: Növbəti həftə virusun yayılması yüksək həddə çatacaq backend

İranın səhiyyə naziri Said Nemeki ölkədə baş qaldıran koronavirusun yayılma hallarının qarşıdakı həftədə daha da artacağını bildirib.

Qazilər.az Türkiyə mediasına istinadla xəbər verir ki, Çindən sonra koronavirusdan İranda artan ölüm halları böyük təlaşa səbəb olub.

Artıq ölkədə virusdan ölənlərin sayı 36-ya yüksəlib. Məsələ ilə bağlı İranın səhiyyə naziri Said Nemeki Tehranda keçirilən Koronavirusla Mübarizə Mərkəzi konfransından sonra açıqlama verib və virusun yayılmasının qarşısının alınması üçün vacib qərarlar qəbul etdiklərini bildirib:

“Ancaq qarşıdan gələn həftə həqiqətən çətin keçəcək. Milli və beynəlxaql epidemioloji müşahidələr virusun yayılmasının yaxın günlərdə və qarşıdakı həftədə pik həddə çatacağını göstərir”.

İranlı nazir məcbur olmadığı təqdirdə səyahətə çıxmamağı məsləhət görüb.

Firuzə Alimova