İdlibdə türk əsgərlərinə qarşı həyata keçirilən hücumdan sonra əraziyə gələn təcili tibbi yardım xidmətinin maşınları da hücuma məruz qalıb.
Qazilər.az ensonhaber.com-a istinadla xəbər verir ki, 33 türk əsgərinin şəhid olduğu hücumun təfərrüatları ortaya çıxmağa başlayıb.Əldə edilən məlumata görə, Türkiyə əsgərlərinin hərbi baza olaraq istifadə etdiyi binaya edilən hava hücumları zamanı bölgəyə çoxlu sayda ambulanslar göndərilib. Lakin Əsəd rejiminə məxsus qüvvələr şəhid və yaralıları bölgədən təxliyə etmək üçün gedən təcili tibbi yardım maşınlarına da hücum edib.
Məsələ ilə bağlı açıqlama verən Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar “Hər nə qədər xəbərdarlıq edilməsinə baxmayaraq, hava hücumlarında ambulanslar da vurulub”, deyə məlumat verib.
Firuzə Alimova