Bu gecə İdlibdə şəhid olan 33 türk əsgərindən biri-24 yaşında olan İbrahim Tüzel 2 gün əvvəl atasına zəng edərək şəhid olacağını söyləyib
Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, Suriyanın İdlib şəhərində Əsəd rejiminin hava hücumu zamanı şəhid olan 33 türk əsgərindən biri çavuş İbrahim Tüzelin acı xəbəri Mersinin Erdemli rayonunda yaşayan ailəsinə verilib.İbrahim Tüzelin atası əkinçi Şüayip Tüzel oğlu ilə 2 gün əvvəl telefonla danışdığını bildirib.
Ata Tüzel: "Oğlum iki gün öncə telefonla məni aradı. "Mən şəhid olacağam, ata" - dedi. Mən də diqqətli olmasını, özünə yaxşı baxmasını söylədim" - deyərək göz yaşı töküb.