İranda daha 4 deputat koronavirusa yoluxub

İranda daha 4 deputat koronavirusa yoluxub backend

İran parlamentinin 30 deputatı koronavirus şübhəsi ilə müayinə olunub.


Azvision.az xəbər verir ki, bu barədə iranlı deputat Məhəmməd Əli “Twitter" hesabında yazıb. O bildirib ki, analizlərin nəticələrinə görə, daha 4 deputatda koronavirus aşkarlanıb.

Bundan əvvəl isə iki deputatın koronavirusa yoluxduğu təsdiqlənmişdi.

Qeyd edək ki, İranda indiyədək bu virusdan 26 nəfər ölüb, yoluxanların sayı 245 nəfərə çatıb.