Rusiya NATO-nu ittiham etdi

Rusiya NATO-nu ittiham etdi backend

Rusiya xarici işlər naziri Sergey Lavrov Münhendə keçirilən təhlükəsizlik konfransında NATO və ABŞ-ı Avropada, xüsusilə Ukraynada təhlükəsizliyi pozmaqda ittiham edib.

Lavrov Avropa Birliyi ilə Rusiya arasında strateji əməkdaşlığın sınaqdan çıxmadığını qeyd edib.

Lavrovun sözlərinə görə, bu səbəb AB-nin Rusiya ilə münasibətlərdə “qarşıdurma yolu”nu inkişaf etdirməyi üstün tutmasıdır.

Nazir Avropada təhlükəsizliyin təşkilində dərin və sistemli problemin olduğunu bəyan edib. Lavrov bunu son bir ildəki hadisələrlə əlaqələndirib.

Nazir əlavə edib ki, hər bir mürəkkəb vəziyyətə görə Qərb Rusiyanı ittiham etməyə cəhd edir. Ukraynanın şərqindəki vəziyyətin nizama salınması məsələsindən danışan Lavrov ABŞ və Avropa Birliyini Donbasda konfliktin eskalasiyasında ittiham edərək söyləyib ki, münaqişəni hələ də sülh yolu ilə həll etmək olar.
Diaspora