Türkiyənin kastamonu şəhərində Vandan gələn iki tələbə koronavirus şübhəsiylə xəstəxanaya yerləşdirilib.
Qazilər.az “internethaber.com”a istinadla xəbər verir ki, bu barədə Kastamonu bələdiyyəsi açıqlama verib.Avtobusla Vandan şəhərə gələn universitet tələbəsində və onunla eyni evdə qalan yoldaşında yüksək hərarət, bulantı və qusma halları müşahidə olunub. Dərhal xəsətəxanaya müraciət edən tələbələr karantinə alınıblar.
Şəhər bələdiyyəsindən verilən yazılı açıqlamada, hər iki tələbənin 21 fevral 2020-ci il tarixində Van-İstanbul səfərini həyata keçirən avtobusla Kastamonuya gəldiyi bildirilib: “Bu gün isə tələbələr yüksək hərarət, bulantı və qusma şikayətləri ilə Kastamonu Dövlət Xəstəxanasının Təcili Yardım Xidmətinə müraciət ediblər. Tələbələr səyahət zamanı avtobusda iranlı vətəndaşların da olduğunu bəyan etdikdən sonra koronavirus şübhəsiylə qabaqlayıcı tədbir görüb onları karantin şəraitinə aldıq. Eyni evdə yaşayan digər 2 nəfər də nəzarətə alınıb. Artıq xəstələrdən lazım olan analizlər alınaraq Ankarada yerləşən Milli Virusologiya Laboratoriyasına göndərilib”.
Açıqlamada həmçinin təşvişə düşməmək, şəxsi gigiyenaya diqqət edib lazımi tədbirlər görmək tövsiyyə edilib.
Firuzə Alimova