Rusiyalı alimlərdən koronavirusla bağlı şad xəbər: Peyvəndin beş prototipini hazırlayırlar

Rusiyalı alimlərdən koronavirusla bağlı şad xəbər: Peyvəndin beş prototipini hazırlayırlar backend

“Rusiyalı alimlər koronavirus infeksiyasına qarşı peyvəndin beş prototipini hazırlayır”.

APA-nın verdiyi xəbərə görə, bunu jurnalistlərə açıqlamasında Rusiya Baş Nazirinin müavini Tatyana Qolikova deyib.

Onun sözlərinə görə, bu istiqamətdə iş hazırlıq mərhələsindədir.

“Konkret nəticələr əldə edildikdən sonra, bu barədə məlumat veriləcək”, - deyə Baş Nazirin müavini vurğulayıb.