Ötən həftə koronavirusun dərmanını tapana mükafat verəcəyini söyləyən çinli aktyor Çeki Çanın koronavirusa yoluxması barədə xəbər yayılıb.
65 yaşlı aktyor koronavirusa yoluxma ehtimalı ilə karantinə götürülüb.Xatırladaq ki, Çeki Çan 1 həftə öncə koronavirusun müalicəsini tapana 140.000 dollar verəcəyini deyib.
O bildirib ki, bu mükafatın pulla əlaqəsi yoxdur. Sadəcə hər kəsi xoşbəxt görmək istəyir: "Daha öncə dolu-dolu olan küçələri indi boş görmək istəmirəm. Vətəndaşlarımın həyatdan zövq almaq yerinə ölümlə mübarizə apardıqlarını görmək mənə çətindir”, deyə aktyor vurğulayıb.
( HaberGlobal)