Fevralın son günlərində Moskvada qətlə yetirilən rusiyalı siyasətçi Boris Nemtsovun böyük qızı Rusiyanı tərk edib. APA-nın məlumatına görə, Janna Nemtsova “The Times” nəşrinə müsahibəsində bildirib ki, ünvanına edilən hədə-qorxular onu ölkəni tərk etməyə məcbur edib.
Sosial şəbəkələr vasitəsi ilə J. Nemtsovaya göndərilən mesajların birində deyilir: “Normal yaşamaq istəyirsinizsə, siyasətə girməyin! Atanız yetərincə iş görüb ki, biz, 139 milyon adam, ona nifrət edək”.