Böyük Britaniyada bu yay “Apple” korporasiyasının yeni ödəniş xidməti olan “Apple Pay” fəaliyyətə başlayacaq. İKT.lent.az-ın “runews24.ru” saytına istinadən verdiyi məlumata görə, “Apple Pay” xidmətinin Birləşmiş Krallığın ərazisində buraxılması barədə rəsmən WWDC-15 konfransında elan olunub.
“Apple” korporasiyasının rəsmilərinin sözlərinə görə, hazırda adıçəkilən ödəniş xidməti yaxşı inkişaf etdirilir.Rusiya ərazisində isə “Apple Pay”in istifadəyə veriləcəyi tarix açıqlanmır. Ancaq bir çox mütəxəssislər əmindir ki, bu xidmətin Rusiya Federasiyası ərazisində bu il istifadəyə verilməsini gözləmək mümkündür.