İranda yenə zəlzələ baş verdi

İranda yenə zəlzələ baş verdi backend

İranın Qərbi Azərbaycan vilayətində 4,1 bal gücündə zəlzələ baş verib.

Trend-in məlumatına görə, zəlzələ fevralın 23-ü yerli vaxtla saat 17:58-də qeydə alınıb.

Məlumata əsasən, yeraltı təkanların ocağı 13 kilometr dərinlikdə yerləşib.

Zəlzələnin episentri Qotur məntəqəsindən 7 kilometr məsafədə olub.

İnsan itkisi haqda məlumat verilməyib.