İranda yüksəkvəzifəli məmur koronavirusa yoluxdu

İranda yüksəkvəzifəli məmur koronavirusa yoluxdu backend

Xəbər verdiyimiz kimi, 22 fevrala olan məlumata əsasən, İranda 28 nəfərin koronavirusa yoluxduğu rəsmən təsdiqlənib. Onlardan 5-i dünyasını dəyişib.

Qaynarinfo İran dövlət televiziyasına istinadən xəbər verir ki, ölümcül virusa yoluxanlar arasında paytaxt Tehranın 13-cü şəhər dairəsinin başçısı Mürtəza Rəhmanzadə də var.

Rəhmanzadə 21 fevralda koronavirus əlamətləri ilə xəstəxanaya çatdırılıb. Aparılan testlər nəticəsində məmurun koronavirusa yoluxduğu təsdiqlənib.