İranda səsvermənin müddəti uzadılıb 19:40 21.02.2020 Dünya İranda keçirilən 11-ci parlament və Ekspertlər Şurasının 5-ci dövri seçkilərinə səsvermənin müddəti saat 20:00-dək uzadılıb. Trend-in məlumatına görə, bunu İranın Seçki Komissiyasının sözçüsü İsmayıl Musəvi deyib. İ.Musəvinin sözlərinə görə, İranın 207 seçki dairəsində səsvermə davam edəcək.