FİFA-dan Rusiya və Qətərlə bağlı bəyanat

FİFA-dan Rusiya və Qətərlə bağlı bəyanat backend

Rusiya və Qətər 2018 və 2022-ci illərdə ev sahibliyi edəcəkləri dünya çempionatından məhrum edilməyəcəklər. APA-nın CNN-ə istinadən verdiyi məlumata görə, FİFA-nın bəyanatında belə deyilir.

“FİFA Rusiya və Qətərin Dünya Kubokuna ev sahibliyinin ləğv edilməsinə əsas görmür. Hər iki ölkə FİFA-nın İcraiyyə Komitəsində demokratik səsvermə yolu ilə seçilib. Mövcud ekspert rəyləri və faktlara söykənərək bildiririk ki, FIFA-nın Rusiya və Qətəri Dünya Kubokuna ev sahibliyindən məhrum etməyə heç bir hüquqi əsası yoxdur." – bəyanatda deyilir.

Qeyd edək ki, bundan əvvəl FİFA rəsmisi Domeniko Skala bəyan etmişdi ki, korrupsiya halları sübuta yetirilərsə, Rusiya və Qətər 2018 və 2022-ci illərdə ev sahibliyi edəcəkləri dünya çempionatından məhrum edilə bilərlər.
Diaspora