Türkiyə Silahlı Qüvvələri Suriyanın İdlib vilayətində genişmiqyaslı əməliyyatlara başlayıb.
Trend-in məlumatına görə, tanklar və ağır artilleriyadan Suriya ordusunun mövqelərinə atəş açılır.Bölgəyə xüsusi təyinatlı birləşmələr də göndərilib.
Eyni zamanda Suriyaya məxsus təyyarələrin və pilotsuz uçuş aparatlarının bölgədə uçuşlar həyata keçirdiyi deyilir.