Kiyev vilayətində neft bazasında baş verən güclü yanğın nəticəsində 1 nəfər ölüb, 3 nəfər ağır xəsarətlər alıb. APA-nın məlumatına görə, bu barədə Ukrayna Fövqəladə Hallar üzrə Dövlət Xidməti məlumat yayıb.
Kiyev vilayətinin Kryaçki yaşayış məntəqəsindəki “BRSM-neft” neft bazasında güclü yanğın iyunun 8-də, axşam saatlarında başlayıb.“Yanğın nəticəsində 1 nəfər ölüb, 3 nəfər ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Hadisə yerinə “Ukrayna dəmir yollarının iki yanğınsöndürən qatarı yollanıb”, məlumatda deyilir.
Hadisənin baş vermə səbəbləri barədə məlumat verilmir.