Iyunun 9-a keçən gecə Yunanıstanda 5,2 bal gücündə zəlzələ baş verib. QAZİLER.AZ-ın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, yeraltı təkanların episentri paytaxt Afinadan 77 km şimal-qərbdə, ocağı isə 5 km dərinlikdə yerləşib.
Zəlzələ Afinada və bir çox yaşayış məntəqələrində hiss olunub. Dağıntılar və xəsarət alanlar barədə məlumat verilmir.