Valentina Matviyenko: Rusiya Suriyada Türkiyə ilə əməkdaşlığı davam etdirəcək

Valentina Matviyenko: Rusiya Suriyada Türkiyə ilə əməkdaşlığı davam etdirəcək backend

Rusiya Suriyada terrorçular üzərində qəti qələbə qazanmaq üçün Türkiyə ilə əməkdaşlığı davam etdirəcək.

AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə Zambiyada səfərdə olan Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko söyləyib.

Suriyada sülhün bərqərar olması üçün Soçi razılaşmalarının alternativinin olmadığını deyən spiker atəşkəsin təmin edilməsinin və sabitlik zonasının yaradılmasının vacibliyini vurğulayıb.