Avropa Birliyi öz qurduğu tələyə düşdü - Puşkov

Avropa Birliyi öz qurduğu tələyə düşdü - Puşkov backend

Rusiya üçün tələ quran Avropa Birliyi özü bu tələyə düşdü.

Axar.az xəbər verir ki, bu sözləri rusiyalı senator Aleksey Puşkov Tvitter səhifəsində Fransa Prezideni Emmanuel Makrona cavabında yazıb.

“Dəqiqləşdirək: Nəticə siyasi baxımdan sıfırdır. Bu siyasətdə israr etməyin mənası yoxdur. Avropa Birliyi (AB) bu dalandan necə çıxacağını bilmir. Yəni ovçu öz qurduğu tələyə düşüb”, - deyə senator bildirib.

Qeyd edək ki, Fransa Prezidenti Emmanuel Makron sanksiyaların Avropa və Rusiya üçün nəticəsiz olduğunu demişdi.